29 İyun 2022 00:39
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində Fransa Səfirliyi, Azərbaycan Fransız İnstitutu və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü münasibətiylə məşhur azərbaycanlı fotoqraf Rza Diqqətinin sərgisi baş tutub.

Teleqraf.com xəbər verir ki, “REZA-nın daxili Odisseyası, Azərbaycan və Fransa arasında dostluğun 30 ili” adlı sərgidə Rza Diqqətinin Azərbaycan və Fransanın mənzərələrinin və xalqlarının gözəlliyinə həsr etdiyi əsərləri nümayiş edilib.

Rza Diqqəti sərginin rəsmi hissəsində fəaliyyətindən danışıb, çıxışının sonunda ailə üzvlərinə təşəkkür edib və ilk dəfə onları səhnəyə dəvət edib.

Tədbirdə Fransanın ölkəmizdə təyin olunmuş fövqalədə və səlahiyyətli səfiri Zakari Qrosun da iştirak edib.

Rəsmi hissə bitdikdən sonra Rza Diqqəti mədəniyyət naziri Anar Kərimov və bir çox ictimai-siyasi şəxslərə əsərlərini təqdim edib.

Qeyd edək ki, sərgi Heydər Əliyev Mərkəzində 29 iyundan 27 iyula qədər davam edəcək.










Müəllif: Rəqsanə Həsənova