1 İyul 2022 15:57
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızının apelyasiya şikayəti təmin edilməyib.

Teleqraf.com xəbər verir ki, müğənninin vəkili tərəfindən Binəqədi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə bu gün baxılıb.

Onların şikayəti təmin edilməyib və yenidən baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, müğənni A.Fərmanqızının vəkili mayın 13-də Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, bir neçə aydır A. Fərmanqızı ilə xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.


Müəllif: Teleqraf.com