1 İyul 2022 18:26
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi müğənni Afət Fərmanqızının apelyasiya şikayəti təmin edilməyib.

Xalq artisti Flora Kərimovanın vəkili Xavər İsmayılova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Binəqədi Rayon Məhkəməsinin Afət Fərmanqızı barəsində verdiyi axtarış qərarından müğənni və vəkili şikayət vermişdi.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması iyulun 1-nə təyin edilmişdi. Afət Fərmanqızı və onun vəkili məhkəmə iclasına gəlmədi. Məhkəmə iclasında şikayətə baxılması ilə əlaqədar Flora xanım və mən iştirak etdik. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxdı və şikayəti təmin etmədi. Binəqədi Rayon Məhkəməsi axtarış qərarı qüvvədə saxladı. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə şikayətə baxıldıqdan sonra cinayət işi Binəqədi Rayon Məhkəməsinə qaytarılmalı və axtarış işi davam etdirilməlidir".

Qeyd edək ki, müğənni Afət Fərmanqızının vəkili mayın 13-də Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.


Müəllif: Rəqsanə Həsənova