2 İyul 2022 12:34
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya köçən müğənni Afət Fərmanqızı sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl ana olmağa hazırlaşdığını deyən ifaçı Rusiyada idman edərkən çəkilən videosunu İnstaqramda hekayə bölümündə paylaşaraq "Axşam idmanındayam, yaxında lazım olacaq. Hamı idman edir, burada qeybət, bir-birinin arxasınca danışan yoxdur. Boş vaxtım olanda idman və gözəl pozitiv düşüncələr...", - deyə qeyd edib.

Bildirək k ki, Afət Fərmanqızının vəkili mayın 13-də Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi. Ötən gün isə Afət Fərmanqızının apellyasiya şikayəti təmin edilməyib.


Müəllif: Rəqsanə Həsənova