2 İyul 2022 18:29
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yahyayeva MTV Azərbaycan televiziyasında şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva həyat yoldaşı, həkim-genetik Zakir Bayramovun xarakteri ilə bağlı fikirlər söyləyib.

"Necə görsənirsə, həyatda da elədir. Çox şən, pozitiv, istiqanlı və zarafatcıl insandır. Səyahəti, incəsənəti çox sevir. Xasiyyət baxımından da uyğunluğumuz var. Əslində nəfsə inanıram, amma qorxmuram. Hərdən üzərlik yandırıram. Ona görə də həmişə dua edəndə deyirəm ki, Allah bizi pis gözlərdən və pis insanlardan qorusun. Pis, qəlbiqara insanlar bizi tapmasınlar. Nəfs var və buna inanıram", - deyə sənətçi qeyd edib.


Müəllif: Rəqsanə Həsənova