2 İyul 2022 19:29
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aparıcı Fulya Öztürk mətbuata maraqlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, FOX TV-də yayımlanan "Fulya ilə umudun olsun" verilişindən uzaqlaşan aparıcı bu sözləri deyib:

"Proqrama baxanda özümü uğursuz hesab etdiyim hallar da oldu. Bu da normal idi. Amma düşünürəm ki, bir il ərzində ortaya yaxşı işlər qoydum. Veriliş sezon finalına çıxdı. Çəkiliş qrupu başqa bir aparıcı ilə davam edəcəklər. Xeyirlisi olsun!".

Fulya Öztürk onu da deyib ki, başqa kanallarda yayımlanan rəqiblərinin verilişlərini izləməyib:

"Müge Anlı, Esra Erol çox bacarıqlı aparıcılardır. Mənə insanlar sual verirdilər ki, rəqiblərinizin verilişini izləyirsinizmi? Onlara cavab verirdim ki, xeyr. Bu kimi halları heç vaxt sevmirəm. İzləsəm təqlid etmiş kimi olar, hansısa cümləni götürə bilərəm. Çünki heç vaxt heç kimi təkrar etmədim. Öz imzamı göstərən bir insanam".
Fulya Öztürk şəxsi həyatından da danışıb: "Şəxsi həyatımda heç kim yoxdur, evlilik həyatına yaxşı baxmıram. Məncə evlilik məsələsini bacara bilmərəm və uğursuz olaram. Öz dünyasını özü yaradan, öz dünasının rəhbəri olduğunu sevən bir insanam. Ona görə də kimsə ilə paralel gedə bilmirəm. Əvvəlki münasibətlərimdə də uğurlu ola bilmədim. Bəlkə deyəcəm ki, sabah evlənirəm. Amma hazırda evlilik məsələsində yoxam. Amma valideynlərim ailə qurmağımı istəyirlər. Bir az əvvəl qeyd etdiyim kimi özümü evliliyə hazır hiss etmirəm. Mətbəxdə yemək bişirməyi sevmirəm".

Fulya Öztürk sonda Azərbaycan mahnıların çox sevdiyini açıqlayaraq proqramda "Ayrılıq" mahnısını ifa edib.

Qeyd edək ki, Fulya daha əvvəl "CNN Türk"də fəaliyyət göstərib.


Müəllif: Rəqsanə Həsənova