4 İyul 2022 17:05
2 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qonaq olan türkiyəli aktyor Burak Özçivit bu gün ölkəsinə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu haqda İnstaqramda aparıcı Hacı Nuran məlumat verib.

O, Buraka xalça hədiyyə etdiyini də açıqlayıb: "Qonağı vətəndən əliboş yola salmazlar. Bu, bizim canımızda, qanımızdadır. Hələ qədimdən bu obaya gələnlərin hədiyyəsi ya Qarabağ atları olub, ya Qarabağ xalıları... Elə Türkiyənin məşhur aktyoru Burak Özçivit də vətəninə əliboş dönmədi. Dostuma nə bağışlayacağımı düşünürdüm, fikrimə köhnə adətlərimiz gəldi. Buraka xalça hədiyyə etdim".

Qeyd edək ki, Burak Özçivit Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutan “QARABAĞ - zəfər gecəsi” adlı kikboksinq turnirində xüsusi qonaq qismində iştirak edib.


Müəllif: Rəqsanə Həsənova