5 İyul 2022 00:26
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu ilə həmkarı Səidə Sultan arasında yaşanan anlaşmazlıq bitmək bilmir.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu İnstaqramda video paylaşaraq dediyi sözlərin Səidə Sultana deyil, başqasına ünvanladığını açıqlayıb:

"Mən bir insana hörmət qoyuramsa, efirdən kənarda da ona hörmətlə davranıram. Bilib-bilmədən yazırsız. Mən o xanımı hər zaman çox istəmişəm. Onun da fikrini yayındırırsınız. Olmaz, etməyin belə. İnanma Səidə, sözüm çoxdan yiyəsinə çatıb. Tolik də ümumi danışdı".

Tarix Əliyev isə Şəbnəm Tovuzlunun paylaşımına münasibət bildirib: "Səidə sözü üzə deyəndi. O verilişdə də sənin haqqında qəşəng danışdı. O ümumi dedi və heç kimin adını çəkmədi".

Qeyd edək ki, Şəbnəm Tovuzlu MTV Azərbaycan televiziyasında yayımlanan "Tarixin bir günü" verilişində həmkarı Səidə Sultan haqda bu sözləri demişdi: "Səidə Sultan dostumuzdur, onu çox istəyirəm. Bunu bir kənara qoyaq, amma bizi küçümsəmək və kateqoriyalara bölmək düzgün deyil. Əminliklə deyə bilərik, istəsək onların da janrında oxuyarıq. Kütlə qarşısında, reytinqdə bir yerdə duraq, görək kim yüksəkdə olacaq!? Buna qalırsa, biz hər zaman yüksəkdəyik. Heç kimi küçümsəmək olmaz. Əgər mədəniyyət, əxlaq, insanlıq geyim və bəzi hərəkətlərlə ölçülürsə, mən hər zaman deyə bilərəm ki, geyimimdə əxlaqlı və gözəl geyinən insanlara örnək bir xanımam. İfam, tərzim, xanımlığım da öz yerindədir. Bizi mahnılarımızla alçaltmaq heç kimin haqqı deyil".


Müəllif: Rəqsanə Həsənova