5 İyul 2022 12:27
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə "Altun" sarayda bıçaqlanan tamada Yaqub Mehdiyevin (Natiq Dağlaroğlu) səhhətindəki son vəziyyət haqda oğlu Məhəmməd İsak danışıb.

Tamadanın oğlu Teleqraf.com-a açıqlamasında atasının 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində olduğunu bildirib: "Atam bu gün səhər özünə gəlib. Hələ də reanimasiyadadır. Bir az nəfəs almasında problem var. Ağciyər və qaraciyəri zədələnib".

Tamadanın oğlu hadisənin toy sahibi ilə əlaqəsinin olmadığını deyib: "Hadisə toy mərasimi bitəndən sonra baş verdi. Toy sahibinə aiddiyatı yox idi, yad adamlardır".

Məhəmməd İsak atasından başqa musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyevin bıçaqlanması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Musiqiçilərdən heç kim bizə kömək etmədi. Hamısı qıraqda durdular. Mən və atam tək qaldıq. Atamın əsl sənəd ad və soyadı Yaqub Mehdiyevdir. Səhnə adı isə Natiq Dağlaroğludur. Bunu heç kim bilmir, yalnız ailəsindən başqa...".


Müəllif: Rəqsanə Həsənova