Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin Nəcəfovanın rəsm əsəri Londonda nümayiş olunub.
Nəzrin Əyyubova Teleqraf.com-a açıqlamasında üç əsərinin nümayiş olunduğunu deyib.
Onun sözlərinə görə, Londonda Yunus Əmrə İnstitutunda Azərbaycan gənc rəssamlarının rəsm sərgisi keçirilib: "Sərgidə 20-dən çox rəssam iştirak edib. Sərgi iyulun 8-dək davam edəcək. Mənim üç əl işim sərgidə nümayiş olunub, Şuşa, Laçın, Xudafərin körpüsü...".