"Canan" ləqəbli müğənni Gülnar Babayeva həmkarı Aygün Ağayevanı məhkəməyə şikayət edib.
Aygün Ağayeva Teleqraf.com-a açıqlamasında məsələ barədə ətraflı məlumat verib.
"Mən də onu hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Artıq məktub göndərilərək məhkəməyə çağrılacaq. Birinci mən onu şikayət edəcəkdim, "Vətən" adlı mahnımı yutub kanalımdan sildirir. Mənə də təsir edən budur. Bununla bağlı vəkilimə üz tutdum, sonra televiziyaya çıxdım.
Televiziyadan çağırış etdim ki, həmin xanım "Vətən" adlı mahnımı niyə sildirir? O isə efirə gəlmədi. O adamın adını çəkdiyimə görə, məni məhkəməyə şikayət edib. Bildirib ki, onu təhqir etmişəm, şərəf və ləyaqətini alçaltmışam.
Bilirsiniz ki, televiziya təhqirə icazə vermir. Təhqir etsəydim, televiziyadan uzaqlaşdırıla bilərdim".
Aygün Ağayeva deyib ki, evlənəyi şəxs Gülnar Babayeva ilə ona xəyanət edib:
"Bu xanımı müğənni kimi deyil, ailə quracağım insanın həyatında olan insan kimi tanımışam. O insanla ailə quracaqdım. Sonradan öyrəndim ki, həyatında xanımlar var, öz həyat yoldaşından da qanuni şəkildə ayrılmayıb. Mən o insandan uzaqlaşmışam. İndi isə həmin şəxs belə xanımların vasitəsi ilə yutub kanalıma zərbələr etdirir. Hamısını etdirən oğlandır. Sadəcə oğlandan şikayət etmirəm, buna səbəblərim var. Əlimdə onunla bağlı sübutlarım yoxdur. Sübutlar xanımla bağlı olduğuna görə məhkəməyə müraciət edəcəyəm. Oğlan o qızla birləşib".
Qeyd edək ki, Gülnar Babayeva Aygün Ağayevanı Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə Yasamal rayon Məhkəməsinə şikayət edib.