7 İyul 2022 14:02
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xəstəxanaların birində qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyova Teleqraf.com-un suallarını cavablandırıb.

- Nərmin xanım, əməliyyatdan sonra Türkiyədən Bakıya qayıtdınız. Hazırda səhhətiniz necədir?

- Bəli, artıq Bakıdayam. Bu şənbə səhnəyə çıxacağam. Allaha şükürlər olsun ki, səhhətimdə hər şey qaydasındadır, normaldır.

- Qardaşınız səhhəti necədir? Kamran Kərimbəyov da xəstəxanadan çıxıb?

- Bəli, qardaşım da xəstəxanadan çıxıb. Artıq o da Bakıdadır. Sadəcə qaraciyərin bərpa olunması lazımdır.

- Əməliyyatdan sonra qan azlığına görə səhhətiniz pisləşdi və reansimasiyaya yerləşdirildiniz. Ümumiyyətlə, əməliyyatınız necə keçdi?

- Əməliyyatda çox problemlər yaşana bilər. Böyük əməliyyat idi. Bugünkü günə görə Allaha şükür olsun. Anam Bakıda idi, biz Türkiyədə əməliyyatda tək idik. Çünki anam burada olmalı idi və övladıma baxırdı.
Ümumiyyətlə, əməliyyatda ciddi problem olmadı. Çox yaxşı keçdi. Seçim etdiyimiz xəstəxana da yaxşı idi.

- Müalicə davam edirmi?

- Sadəcə Türkiyəyə xəstəxanaya müayinəyə gedəcəyik. Həkim daha tez toparlanmağımız üçün əlavə dərman tövsiyə edə bilər.









Müəllif: Rəqsanə Həsənova