7 İyul 2022 17:43
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Fox TV"də yayımlanan "Fulya ilə umudun olsun" proqramından ayrılan aparıcı Fulya Öztürk yenidən "CNN Türk" kanalına qayıdıb.

Teleqraf.com xəbər verir ki, Fulya Öztürk bu barədə sosial şəbəkədə yazıb.

"Bir ildə çox şey öyrəndim. Karyeramın proqramla davam etməsini istəmədim, çünki daxilimdəki xəbər müxbiri olmaq hissi keçmədi. Aylar öncə proqramdan ayrılmağıma qərar vermişdim. Qərarımı açıqladıqdan sonra bütün iş təkliflərini dəyərləndirdim. 15 il çalışdığım yuvama qayıtmağa qərarlaşdırdım. "Fulya ilə umudun olsun" verilişindən ayrıldıqdan sonra məni yalnız buraxmayan Murat Yancı, Nihad Uludağ başda olmaqla "CNN Türk" kanalının bütün heyətinə təşəkkür edirəm".


Müəllif: Rəqsanə Həsənova