12 İyul 2022 19:00
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Rərgərli Xəzər televiziyasında övladlığa götürdüyü aktyor Corc Qafarov haqda danışıb.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli Corc Qafarov və Jerar Qafarovun himayadarı olduğunu açıqlayıb:

"Buradan bəzi insanlara səslənirəm. Hər kəs öz keçmişinə baxsın. Roza Zərgərli həyatda heç nə ilə reklam tutmayıb. Çünki adı brenddir. İstəsəm bu verilişə elə bir reytinq verə bilərəm ki... Bu, hər bir müğənninin canı üçün deyil. Təki qəlbiniz mənimki kimi olsun. Ağıllı olun! Himayadar ilə övladlığa götürmənin fərqinə varmaq lazımdır. Təki hamı bizim kimi olsun. Mən himayədar olduğum üçün 24 yaşına kimi onların sağlığına, əməllərinə cavabdehlik daşıyıram. Onsuz da o uşaqların dövlətindir. Mənim birinci qızımın 29 yaşı var. Beş ildir ki, himayəmdən çıxıb. Böyük oğlum da üç ildir ki, himayəmdən çıxıb. Kiçim oğlumun isə 23 yaşı var. Gələn il o da qanadlarımın altından çıxacaq".

Qeyd edək ki, Corc Qafarov və qardaşı Jerar Qafarova Sosial Xidmətlər Agentliyi tərəfindən ev verilib.


Müəllif: Rəqsanə Həsənova