13 İyul 2022 19:24
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan bayağı ifa edən müğənniləri növbəti dəfə tənqid atəşinə tutub.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan İnstaqramda bu sözləri yazıb:

"Ey bayağı oxuyan "civi"lər və "manıs"lar, sizlər Azərbaycanı sevmirsiniz. Sizin kimiləri ancaq pul maraqlandırar. Necə ki, insanların haqqını yeyən, onların cibinə girib sərvətini yeyən, kasıbçılığa, ölümə sürükləyən zalımlardan heç bir fərqiniz yoxdur. Siz "civi"lər və bayağı oxuyub sadəcə silahsız şəkildə insanların zövqünü zəhərləyib, onlardan ən asan yol ilə pul qazanırsınız. Bu arsızlıqla belə özünüzü böyük bir şey hesab edirsiniz. Azərbaycan musiqisinin düşmənləri sizsiniz, "civi"lər və "manıs"lar. Bundan sonra sizi adınızla çağıracam. Pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən "civi"lər və "manıs"lar...".

İfaçı qazi ölümlərinə də münasibət bildirib: "Yadımdadır ki, İkinci Qarabağ müharibəsi ərəfəsində sosial şəbəkələrdə birinci düşmənimiz hədəf idi, ikinci isə şou əhli... O ərəfələrdə şou əhli nə deyirdisə, nifrətlə, düşmənə yanaşıldığı aqressiya ilə yanaşılırdı, hamılıqla şəhidinə hörmət etmirsiniz, qaziyə hörmət etmirsiniz. Siz beləsiz....Sənə qurban olum, şəhidim, var ol, qazim. Azərbaycan oğulları. İndi sualım sizədir? Haradasız? Qazi bu gün gedib haqqını tələb edir, döyüşdə iştirak edir və canının sağlığını itirir, ömürlük yarıcan olmağına məcbur qalır. Onun haqqı ayda 80 yox, 10 min olmalıdır. Haqqı halal payıdır. Bəs, yaxşı sizə nə oldu. Ey millət, niyə o qazilərin yanında dəstək olmadınız? "Millət necə tərac olur-olsun, nə işim var?!"- bu sözlər bu yurdun ömürlük kimliyidir. Günahı heç kimdə axtarmayın, günahkar özümüzük!


Müəllif: Rəqsanə Həsənova