22 İyul 2022 16:18
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə Fransada həyat yoldaşıyla bir araya gəlməsi xəbərini yalanlayıb.

Teleqraf com xəbər verir ki, Suada Hacıyeva İnstaqramda hekayə bölümündə video paylaşaraq Bakıda olduğunu deyib.

Yanlış informasiya verildi ki, Kristoferlə birlikdə Parisdəyəm. Lakin hazırda Yeni Yasamaldayam. Ona görə də xahiş edirəm ki, hər gördüyünüz xəbərə inanmayın və icazəsiz yaymayın. Anlamıram nə baş verir?! Ona görə də xahiş edirəm ki, hər İnstaqrama yerləşdirdiyim video, fotonu paylaşmayın. Əgər özüm yazsam ki, artıq Kristoferləyəm, onda görəcəksiniz. Artıq başım ağrıyır".



Qeyd edək ki, cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib. Suada Bakıda yaşayır. O, bunun səbəbini ABŞ-da yaşamaq üçün viza almağa çalışması ilə əlaqələndirib.


Müəllif: Rəqsanə Həsənova