23 İyul 2022 22:25
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən və son olaraq “Üç kuruş” serialında rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə aktyor Gökhan Alkanın ayrıldığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, ötən il sadə mərasimlə nişanlanan Nəsrin Cavadzadə ilə Gökhan Alkanın bu yay evlənəcəyi gözlənilirdi.

Lakin cütlüyün xoşbəxtliyi qısa sürdü. İkili münasibətlərinə son qoymaq qərarına gəlib.

İlk addımı Alkan atıb. O, keçmiş sevgilisini sosial mediada izləməyi dayandırıb, birgə çəkilən fotolarını silib.


Müəllif: Pərvin Cəfərova