25 İyul 2022 11:56
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni dietoloq Ləman Süleymanova ilə məhkəməsi haqda danışıb.

Teleqraf.com xəbər verir ki, Aysel Həsəni İnstaqram hesabında video paylaşaraq baş verən hadisəni təfərrüatı ilə açıqlayıb:

"Hər şeyi olduğu kimi açıqlayacam, məhkəminin qərarını da bildirəcəm. Çünki səhv məlumat yayılıb.

Deməli, mayın 29-da rəfiqəmlə məşhur otelin önündə reklam çəkilişi edirdik. Arxadan bir xanım keçdi, onu çəkməsək belə başladı ki, gözlə, çəkmə, sənin kamerana düşmək istəmirəm. Biz də izah etməyə çalışdıq ki, sizi çəkmirik, reklam çarxıdır, siz düşməmisiniz. Cümləmizi bitirməmiş bizə qeyri-etik sözlər, qadınlığa layiq olmayan ifadələr işlətdi.

"Ayağımın tozu ola bilməzsən, sən kimsən ki, burada çəkiliş edirsən!" və sair kimi ifadələr işlətdi.

Xanım açıqlama verib ki, guya maşınına minmək üçün bizdən icazə istəyib. Bildirim ki, xanımın avtomobili ilə çəkiliş etdiyimiz məkan arasında xeyli məsafə var idi. Maşınına gedə-gedə rus dilində çox pis söyüşlər söydü. Tez həyat yoldaşıma zəng etdim ki, belə bir hadisə baş verib. Hətta xanım avtomobilinə gedərkən dedi ki, səni burada gözləyirəm, çəkilişini et, gəl.

Açıq deyəcəm, ehtiyatlandım. 15 dəqiqədən çox bizi gözlədi. Çəkiliş adıyla uzatdıq ki, bəlkə gedər, çünki bədənim əsirdi. İlkin teleffonda eşidirdi, dedi ki, kameraya çək. Xanım kamera sözünü eşitdi və maşının sürüb getdi. Gedəndə də maşının pəncərəsini açdı və pis söyüşlər söydü. Biz hadisənin səhəri günü 102-ə zəng etdik.

Həmin xanılm evinə göndərilən məktublara rəsmi cavab verməyib. Onu bölməyə çağıran polisdən də şikayət edib. Düşündük ki, xanım polislərin təklifləri ilə razılaşacaq, üzr istəyəcək. İki ay qaçdı, telefonlarını söndürdü. Həyat yoldaşım gördü ki, xanımı tapmırıq, video çəkdi. Bu müraciətdən sonra evinə gedildi, izahat alındı.

Səhəri ani məhkəmə təşkil olundu, şahidlər apara bilmədik. Məhkəmənin qərarına əsasən təhqir-söyüş xırda xuliqanlıq sayılmır. Məhkəmə protokolu ləğv etdi.

Məhkəmə xanımın günahsız olduğuna dair heç bir qərar verməyib. Yəni məhkəmədə "Aysel söyüş söyüb, siz günahsızsınız" və sair belə bir nəticə olmayıb. Hakim bizə bildirdi ki, protokolun ləğv olunmasından etirazınız varsa, apellyasiyaya şikayət edin. Biz də şikayət verəcəyik”.


Müəllif: Rəqsanə Həsənova