25 İyul 2022 14:52
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə Rusiyada yaşayan Azərbaycan qadınlarını tərifləyib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda video paylaşaraq Novosibirskidə yaşayan Azərbaycan qadınları haqda bu sözləri deyib: "Artıq beş gündür ki, Rusiyadayam. Bir müddət burada olacam. Novosibirskidə yaşayan Azərbaycan qadınlarından danışmaq istəyirəm. Bu qədər mədəniyyət, əxlaq, daxili və xarici gözəllik... Heyran oldum. Deməli, qadın istəsə qadınlığını qoruya bilir. Hətta bu fikirləri rus qadınları haqda da deyə bilərəm.

Neçə gündür burdayam, bir balaca da olsa yolundan çıxan qadın görmədim. Hətta küçədə belə bilərəkdən özünü nümayiş etdirən, nəyisə axtaran yoxdur. Yenə Azərbaycan qadınlarına qayıdıram. Nə yaxşı ki, Azərbaycan qadını var. Demək istəyirəm ki, burada qadınların sahibi, əri var. Qadın ərindən öncə özünə hörmət edir.

Novosibirsk, səni çox gec tanıdım, amma tez sevdim. Bu gün Rusiyada yaşayan, məhz Novosibirskidə yaşayan rus qadınlarını alqışlayıram. Heyran oldum, mənim qeyrətli Azərbaycan qadınlarım, yaxşılardan söhbət gedir. Yaxşıları görəndə adamın ürəyi dağa dönür".

Qeyd edək ki, Nadir Qafarzadə bir müddət əvvəl qadınlarımız haqda tənqidi fikirlər səsləndirmişdi.


Müəllif: Rəqsanə Həsənova