Tanınmış müğənni Ledi Qaqa maraqlı açıqlama verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhnədəki rəqsləri, geyim tərzi və şəxsi həyatı daim gündəmdə olan ifaçı özündən yaşca böyük birinin ona təcavüz etdiyini bildirib. O, bu hadisənin 19 yaşı olan zaman baş verdiyini etiraf edib.
İfaçı "Swine"(donuz) adlı mahnısının yaranmasının təcavüz hadisəsindən qaynaqlandığını bildirib.
Rüstəm