29 İyul 2022 21:38
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Müğənni Afət Fərmanqızı xalq artisti Flora Kərimovanı məhkəməyə verib.

Teleqraf.com-un xəbərinə görə, bu haqda Afət Fərmanqızı İnstaqram hesabında məlumat verib.

"Bu dəfə mən onu məhkəməyə verdim. Flora Kərimova dediyi təhqirlərə cavab versin. Jurnalistlərə deyib ki, xəbərim yoxdur. Yoxdursa, bunu oxusun və xəbər tutsun", - deyə müğənni qeyd edib.

Xalq artisti Flora Kərimova isə saytımıza açıqlamasında ifaçının onu məhkəməyə verməsinə reaksiya göstərib: "Onunla məhkəmədə görüşərik, neçə aydır ki, qaçır. Uzaq məsafədən xəbər göndərir. Məhkəməyə gəlsin. Bir adam ki, özündən böyüyə ağ olsun, desin ki, sən əxlaqsızsan, o, bir söz deyəcək, mən qarşısına on söz qoyacam. Haqqımda dediyin sözlərin altından çıxacaqsan! Məhkəmədə ona suallarım olacaq, elə o prosesdə Afət Fərmanqızını məhkəməyə verəcəm!"

Qeyd edək ki, Flora Kərimova da Afət Fərmanqızını məhkəməyə verib.

Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətində müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.


Müəllif: Rəqsanə Həsənova