1 Avqust 2022 14:34
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova Xəzər televiziyasında yayımlanan "Şourum" verilişində açıqlaması ilə diqqət çəkib

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova bu sözləri deyib:

"Azərbaycandan gedəndə günlərlə ağladım, deyirdim ki, məni kim Moskvada tanıyacaq? Artıq bu həyata öyrəşmişdim, amma gördüm ki, azərbaycanılar mənə yaxınlaşıb şəkil çəkdirirlər. İndi deyirəm ki, Azərbaycandan getdim, amma qayıdanda da istədiyim kimi qayıtdım".

İfaçı oğlu Muhammədin kiçik toyunda çəkilişə qadağa qoymasınında da danışıb: "Çəkilişə icazə verməmişdim. Kim ki icazəm olmadan məclisimə gəlib, halallıq vermirəm. Qonaqlarımın eləsi var idi ki, deyirdi, həyat yoldaşımı, qızımı İnstaqramda, "TikTok"da görmək istəmir. Onlara da söz vermişdim ki, çəkilişə icazə verməyəcəm, rahat gəlin".

İfaçı deyib ki, üç oğlu erkən ölüb: "Üç dəfə oğlan uşağını yaşada bilmədim. Onlar üçün nələr etdim, amma həyatda saxlaya bilmədim. Allahdan güc istədim ki, burada olan insanlara yardım paylayım. Onu etdim və Allah mənə oğlan verdi".

Qeyd edək ki, Rəqsanə İsmayılova iş adamı Fazil Əmiraslanovla evlidir. Onun bu nikahından Muhamməd və Mihrimah adlı övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər