2 Avqust 2022 18:43
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla duet mahnısı “Dəli kimi”yə klip çəkdirib.

Teleqraf.com xəbər verir ki, sənətçi fərqli obrazda kamera qarşısına keçib.

Çəkilişi “Beat Group”a həvalə olunan klipin rejissoru Leyla Bağırovadır. Mahnının müəllifi isə Jay Hun-dur (Ceyhun Bayramlı).

Mahnı tezliklə Azərbaycan və ingilis dilində təqdim olunacaq.


Müəllif: Teleqraf.com