3 Dekabr 2014 21:34
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tabloid.az ləziz xörəyin reseptini təqdim edir:
İnqrediyentlər:
Kartof
Göbələk
Qaymaq və ya xama
Pendir
Duz, istiot zövqə görə
Kartofları yuyun. Qabıqlarını soymayın. İkiyə bölün. Çay qaşığı ilə içərisini təxminən 5-7 mm qalınlığında oyun. Kartofu soyuducuya qoyun ki, qaralmasın.
Bu arada jülyeni ən geniş yayılan üsullardan biri ilə hazırlayın. Tavaya 50-70 qram kərə yağı tökün, göbələkləri qovurun. Gəbələyin suyu çəkiləndən xırda doğranılmış soğan əlavə edin. 5-6 dəqiqədən sonra qatılaşması üçün yarım xörək qaşığı un əlavə edin. Duzlayın. 3-4 dəqiqə qarışdırın ki, jülyen qatılaşsın.
Kartofları soyuducudan çıxardın, duz, istiot vurun, üzərinə kiçik bir parça kərə yağı qoyun. Soyumuş göbələkli qarışığı onun içinə yığın və üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Sobada 180-200 dərəcədə bişirin.
Nuş olsun!

Müəllif:

Oxşar xəbərlər