3 Avqust 2022 15:32
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Speys" televiziyasında yayımlanan "Gəl danış" verilişində aktrisa Sonaxanım Əliyevanın rayon camaatı haqqında səsləndirdiyi fikir tənqid edilib.

Aktrisa Teleqraf.com-a açıqlamasında ifadələrinin düzgün qarşılanmadığını bildirib: “Rayon camaatı ilə heç bir işim yoxdur. Sosial verilişlərdə görürük ki, bir çox qadınlar ailələrini atıb, Bakıya gəlirlər. Baxırsan, heç bir işin sahibi deyillər, ali təhsilləri də yoxdur. Ucuz kafelərdə işləyirlər. Ailənlə yaşamaq, yoxsa burada ucuz kafelərdə işləmək yaxşıdır?..

Başa düşürəm, əgər həyat yoldaşın işgəncə verirsə, bu başqa məsələ. Amma hər yerindən çıxan Bakıya üz tutur. Sözüm bütün xanımlara aid deyil. Proqramda bəzi gənclərə səsləndim ki, imkan verin, Bakıda rahat nəfəs salaq.

Ali təhsil alan və iş sahibi olan gəncləri başa düşürəm. Amma sən ailəni, uşaqları atıb, Bakıya gəlirsən ki, burada yaşamaq istəyirəm. Necə yaşayacaqsan!? Problem budur. Ailən Bakıya gəlirsə, ərin işləyirsə, ona kim nə söz deyə bilər?

Qaynana ağır söz deyib, uşaqlarını da ərinin üstünə atıb, Bakıya gəlirlər. Belə olmur! Bu fikrimi yenə də başqa cür qəbul edəcəklər. Amma adama deyərlər, sözüm sənə aid deyilsə, niyə özünə götürürsən?! Uşağa sahib olmaq istəmirsənsə, niyə dünyaya gətirirsən!? Sonra da hər şeyi atıb Bakıya üz tutursan...”

Qeyd edək ki, Sonaxanım Əliyeva efirdə bu ifadələri səsləndirib: “Bölgələrdə yaşayan cavanlar, qızlı-oğlanlı, elə bilirlər ki, sanki Bakıya bal yaxıblar. Artıq burada özümüzün nəfəs almağa havamız qalmayıb. Rayondan gələn cavanlar paytaxtda həddən artıq çoxdur. İşləməkdən çox avaralıq edirlər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər