Müğənni Nüşabə Musayeva Tarix (Tolik) Əliyevin yutubda yayımlanan “Tam səmimi” verilişində həmkarı Şəbnəm Tovuzlu haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, illər əvvəl Şəbnəm Tovuzlu ilə rəfiqə olduğunu deyən ifaçı sözünə belə davam edib: "Şəbnəm Tovuzlunun xoşuma gələn mahnıları var, amma çox ikili oynayır. Çox sünidir, özü deyil, pafosludur. Şəbnəm kimə acıq verə bilər ki... Şəbnəmin həyatını kim arzulayar ki? Elə bilirsiniz ki, o, şəxsi həyatında çox xoşbəxtdir!?
Onu çoxdan tanıyıram, evinə gedib-gəlmişəm. O, xoşbəxt deyil, sadəcə görüntüdür. Bir ara çox yaxın olmuşuq, sonra özü məndən uzaqlaşdı. Hacı ilə tanış olduğu ərəfələrdə kənarlaşdı.
Mən Hacını 2002-ci ildən tanıyıram. O vaxt onların mağazalarının yanında başqa bir dükanda satıcı işləyirdim. Onlar da bir neçə qardaşdırlar, kişi geyimləri mağazası işlədirdilər. O vaxtdan qısqanclıq yarandı və məndən uzaqlaşdı. Bilmirəm nə fikirləşdi? İndi vatsapda blokdadır, ondan zəhləm gedir. O qızı sevmirəm. Vaxt var idi, onu çox istəyirdim.
Sonuncu dəfə Könül Kərimovanın övladının toyunda Şəbnəm ifa edirdi, mən də yanında oynayırdım. Manaf Ağayev, Mənzurə Musayeva və Zenfira İbrahimova da rəqs edirdi. Şəbnəm məni əli ilə itələdi və ona dəhlizdə dedim ki, vaxt gələcək, sənin cavabını çox pis verəcəm.
Şəbnəmlə problemim yoxdur. Sadəcə Şəbnəmin haqqında belə danışmaq lazımdır, bu sözlərə layiqdir. Dostluğu bacarmır, maskadır, yaxşılıq bilməyən, çörəyə dəyər verməyən biridir, sünidir".