Aparıcı Lalə Əlimuxtarova müğənni Natavan Həbibi haqqında qalmaqallı ifadələr səsləndirib.
Teleqraf.com xəbər verir ki, aparıcı "Nahara az qala" verilişində qonaq olarkən Natavan Həbibinin efirdən qonorar tələb etməsini pisləyib:
"Hər kəsin minnəti olsun ki, efirə, tanınmış verilişlərə qonaq gəlirlər. Natavan Həbibiyə efirə gəlməsi üçün 100 manat da vermərəm. Tək Natavan Həbibidən söhbət getmir, ümumiyyətlə, heç bir müğənniyə pul verim, verilişimə çağırım, onu etmərəm".