8 May 2014 12:00
4 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü yerli şou-biznesin "ən seksual müğənni"si adlandıran Afaq Aslan dünya şöhrətli müğənni Cennifer Lopezlə duet oxumaq istəyir.

Müğənni Teleqraf.com-a açıqlamasında deyib ki, əgər belə bir imkanı olsaydı, C.Lopezlə birgə “Dance again” mahnısını ifa edərdi.

Bəzi həmkarlarının ona paxıllıq ediklərini bildirən sənətçi söyləyib ki, buna səbəb onun xarici görkəminin gözəl olmasıdır:

“Mən həmin müğənnilərə demək istəyirəm ki, ən yaxşısı, yaradıcılıqla, sənətləri ilə məşğul olsunlar. Mənim xarici görkəmimə, gözəlliyimə paxıllıq etmək lazım deyil”.

A.Aslan yaradıcılıq yeniliklərindən də söhbət açıb. Deyib ki, yaxın zamanlarda növbəti klip çəkilişləri ilə əlaqədar Türkiyəyə yollanacaq.

Aytən Həsənova


Müəllif: