4 Avqust 2022 17:22
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Elvin Ağayev xəstəxanaların birində əməliyyat olunub.

Teleqraf.com-un xəbərinə görə, bu haqda qaraciyər serrozu ilə mübarizə aparan aktyorun həyat yoldaşı Elvina Atakişiyeva məlumat verib.

O, aktyora bacısının donor olduğunu açıqlayıb: "Şükür Allaha ki, Elvinin də, bacısının da əməliyyatı bitib. Hər ikisi əməliyyatdan çıxıb. Donor oyanıb. İnşallah, Elvin də oyanar. Hamınıza minnətdaram, Elvinin həkiminə təşəkkür edirəm. Əməliyyat normal şəkildə bitdi".

Qeyd edək ki, Elvin Ağayevin əməliyyatı üçün "Səni axtarıram" verilişində 90 min manat yığılmışdı.


Müəllif: Rəqsanə Həsənova