Britaniyalı müğənni Adel ipoteka ilə ev alıb.
Teleqraf.com xəbər verir ki, növbəti 30 il ərzində ifaçı 38 milyon dollarlıq krediti ödəmək üçün banka ayda 227 min dollar ödəməlidir .
Təxminən üç ay əvvəl, may ayında Adel sosial şəbəkədə sevgilisi Rich Paul ilə Los-Ancelesdəki yeni malikanəsinin qarşısında çəkdirdiyi fotosunu yerləşdirmişdi. Müğənni 58 milyon dollar dəyərində iqamətgah almaq üçün ipoteka götürüb.Belə ki, ifaçının əlində cəmi 20 milyon dollar olub, qalan 38 milyon dolları isə borc götürməli olub. Onun növbəti 30 il ərzində ödəməli olduğu aylıq ödəniş 227.000 dollardır.
Malikanənin sahəsi 1700 kvadratmetrdən çoxdur, içəridə 8 yataq otağı, 12 sanitar qovşağı, həmçinin öz kinoteatrı, idman zalı və siqar otağı var.
Malikanə daha öncə Silvestr Stalloneyə məxsus olub .