11 Avqust 2022 13:40
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özümü dəlisov, özümdə deyilmiş, cildimə sığışmırmış kimi hiss edirəm. Həyatını, bütün varlığını sənətinə həsr etmiş və bu prossesdə ağlını itirmiş şairlər, rəssamlar, artistlər kimi mən də ağlımı itirmiş kimiyəm.”

Teleqraf.com xəbər verir ki, bu sözləri aktyor İbrahim Çingiz instaqram hesabında yazıb.

Aktyor daha sonra əlavə edib:

“Amma bu məni qəti narahat etmir. Bir gün amalımın zirvəsində olanda, anama layiq olduğu şık həyatı yaşadanda, sevdiyim qadının və övladlarımın ürəyi istəyən hər şeyi önlərinə sərəndə, sevdiklərimin uzun və xoşbəxt yaşayışlarını təmin edəndə bir zaman ağlımı itirdiyimə sevinəcəm. Çünki buna dəyəcək”.

Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur. Rus Dram Teatrının aktyoru olan İbrahim Çingizi geniş tamaşaçı kütləsi “Vicdan haqqı”, “Könül yarası”, “Yuxu kimi” seriallarından tanıyır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər