Müğənni Gülay Zeynallı uzun fasilədən sonra yeni layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, sənətçinin yeni mahnısı “Məmnunam” adlanır.
Sözügedən bəstənin sözləri Orxan Mürvətliyə, musiqisi və aranjımanı Tərlan Məmmədhüseynova məxsusdur.
Zeynallı bəstəni ekranlaşdırmaq üçün rejissor Əli Fərhada müraciət edib.
Layihənin prodüseri Tural Nəbiyevdir. Üç fərqli obrazda kamera qarşısına keçən Gülayın stili üzərində Elnur Həsənov çalışıb.