63 yaşlı amerikalı müğənni Madonna az qala karyerasını məhv edəcək hadisədən danışıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə “FoxNews”- a müsahibəsində deyib.
1984-cü ildə tədbirlərin birində ifa zamanı sənətçi dekorativ tortdan enməyə başlayıb və ayaqqabısını itirib. O, yüngülvari əyilmək qərarına gəlir ki, həmin an əynindəki don yuxarı qalxır və tamaşaçılar ifaçının alt paltarını görürlər.
“Mən ayaqqabı axtarmağa çalışdım ki, amma onu elə etmək istəyirdim ki, sanki bu çıxışımın bir hissəsidir. Paltarım yuxarı qalxdı və ombam göründü. Təsəvvür edə bilərsiniz? O illərdə karyera üçün ombanı göstərməyə icazə yox idi. İndi isə əksinədir. Mən konsert zamanı bunu hiss etməmişəm. İfam bitdi və mən kulisə gələndə menecerim mənə karyeramın bitdiyini dedi”, - Madonna bildirib.