Türkiyədə gələn ildən ödənişli hərbi xidmət sisteminə keçiləcək.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə baş nazir Əhməd Davudoğlu açıqlama verib: "2015-ci il yanvarın 1-dən 27 yaşı tamam olmuş vətəndaşlarımız ödənişli hərbi xidmət çəkə biləcəklər. Həmin şəxslər 18 min lirə ( təxminən 6 min manat) rüsum qarşılığında əsgərlik xidmətlərini başa vurmuş sayılacaqlar".
Bəs görəsən, hansı məşhurlar ödənişli əsgərlikdən faydalanıblar?
Ödənişli əsgərlik edən məşhur simalar bunlardır: Kıvanç Tatlıtuğ, Burak Özçivit, Yağmur Atacan, İbrahim Çelikkol, İbrahim Kendirci, Murad Dalkılıç, Buğra Gülsoy, Cem Uzan, Hidayət Türkoğlu və b.
Ödənişli əsgərlik nədir?
Ödənişli əsgərlik Osmanlı dövründən bəri müəyyən fasilələrlə zəruri əsgərliyə alternativ olaraq müddət qısaldılması qarşılığında, nağd pul ödənilməsi nəticəsində tətbiq olunan bir sistemdir. Ödənişli əsgərliyin əsas təməli dövlətin və ordunun maddi ehtiyacının ödənilməsi, çalışan şəxslərin isə işlərinə fasilə verməmələri və onu itirməmələridir. Konstitusiya Məhkəməsi bu qanunun bərabərlik prinsipini pozmadığını qərara alıb. Xaricdə ən az 3 il işləyən 18 yaş və bu yaşdan yuxarı olan türk vətəndaşlarının 21 gün vətən qarşısındakı xidmətlərini yerinə yetirmələrinə icazə verilib. Türkiyə tarixində 10 dəfə reallaşan ödənişli əsgərlik xidməti sonuncu dəfə 2011-ci ildə tətbiq olunub. Son qərara görə, 30 yaşına keçən vətəndaşlar 30 min lirə (təxminən 10 min manat) qarşılığında 21 günlük əsgərlik xidmətindən də azad olunurlar.
Rüstəm