Türkiyənin məşhur müğənnisi Gülşənin həbsindən sonra bir çox məşhur simalar verilən qərara etiraz ediblər.
Teleqraf.com xəbər verir ki, yerli ulduzlardan Xalq artisti Röya Ayxan instaqram hesabında Gülşənin fotosunu paylaşaraq ona öz dəstəyini göstərib.
Xatırladaq ki, Gülşən Çolakoğlu İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb. Prokurorluqda verdiyi ifadədən sonra müğənni həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.