27 Avqust 2022 14:25
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Gülşəni həyat yoldaşı Ozan Çolakoğlu və vəkili Gökçe Kılıç Gülsaran ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Bakırköy qadın həbsxanasına göndərilən müğənni ilk gecə təkadamlıq kamerada qalıb. Gülşən üçün yeməkxana açılıb və o, özünə təmizlik vasitələri alıb.

Gülşən vəkili vasitəsi ilə ərizə yazaraq həbsxananın kitabxanasından istifadə etmək, kitab almaq istədiyini bildirib. Görüşdən sonra açıqlama verən vəkil "Gülşənin vəziyyəti çox yaxşıdır" deyib.

Səhər saatlarından həbsxananın qarşısında gözləyən Ozan Çolakoğlu isə həyat yoldaşı üçün gətirdiyi paltar və əşyaları həbsxana əməkdaşlarına təqdim edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər