İraqlı iş adamı Rassan Xoşnəv ilə gizlicə evlənən müğənni Ebru Gündeşin Dubaya köçəcəyi iddia edilib.
Teleqraf.com xəbər verir ki, Ebru Gündeşin qızı Alara üçün Dubayda məktəb axtardığı bildirilib.
İddialara görə, ifaçı Türkiyəyə ancaq konsertlər olanda gələcək.
Qeyd edək ki, Ebru Gündeş cənubi azərbaycanlı iş adamı Rza Zarrabla evli olub. Onların bir qızı var.