29 Avqust 2022 13:41
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aynur Dadaşova prodüser Tarix (Tolik) Əliyevin yutubda yayımlanan "Tarix Əliyev ilə səmimi" verilişində şəxsi həyatı haqqında etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Aynur Dadaşova keçmiş həyat yoldaşından xəyanətə görə ayrıldığını deyib: "Onu ölümünə sevmişəm... Desəydi, Aynur, ölümə gedirəm, onunla gedərdim. Mənim o böyüklükdə sevgim olub. Xəyanətə iki-üç dəfə dözürsən ki, övladın, ailən, isti ocağın var. Keçirsən... Amma artıq o dərəcəyə çatır ki, səni epilepsiya tutur.

Mənim o sevgimə yazığım gəldi. Özümü zavallı kimi gördüm.18 ildən sonra da vəziyyət belə davam edirsə, daha qərar insanın özündən asılı olmur. Son xəyanətində barmaqlarımda qıcolma baş verdi. İki övladım var, sevgimin qarşısında zəif görünmək istəmədim. O qədər məhv olmaq istəmədim..."

"Həyat yoldaşınızdan ayrılmağınıza peşman deyilsiniz?" sualına isə ifaçı belə cavab verib: "Peşman deyiləm. Onun həyatında bir qadın var, amma ondan övladları yoxdur. Həyat yoldaşıma nifrət edirəm. Kaş xəyanəti bilməzdim, bildirməzdi. Xoşbəxt ailəm davam edərdi".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər