"Oğlum, bir dənəm, yaşama səbəbim! Bu gün bizim ad günümüzdür. Sənin 4, mənim isə 43 yaşım tamam olur".
Teleqraf.com xəbər verir ki, bu sözləri Şəhriyar Əbilov yazıb:
"Xoşbəxtsən deyə soruşsalar, deyərəm ki, xoşbəxtəm. Çünki yanımda sən varsan, dağları bölərəm, göyü yararam. Allah səni hər zaman gözdən, nəfsdən, şərdən qorusun. Öz nurlu kölgəsində saxlasın. Bu dünyadan köçəndə sənin çiyinlərində gedim. Ad günümüz mübarək, həyatımın mənası".
Qeyd edək ki, Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə evlidir.
Cütlüyün Osman adlı bir oğlu var.