Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, aşıq sənətinin populyar siması Samirə Əliyeva bu gün yeni layihəsini jurnalistlərlə təqdim etdi.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə üç aşıq havasını ifa edən sənətçi "Sənətinə Aşiq Samirə" adlı musiqi toplusunda cəmləşdirib. "Misri", "Cəlili" və "Şirvan müxəmməsi"ni ifa edən sənətçi onları konsert formatında ekranlaşdırıb. Yaradıcı heyətin tərkibinə - musiqi rəhbəri, tanınmış qarmon ifaçısı, əməkdar artist Etibar Qasımbəyli, səs rejissorları Vahid Talıbov, Rövşən Həsənov, quruluşçu operatoru Elmir Süleymanov, operator Cavanşir Ağayev, montajçı Elnar Həşimov daxildirlər. Orkestrin dirijoru Azad Əliyevdir.
Vurğulayaq ki, tədbirin açılışında ötən ay dünyasını dəyişən drijorun ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra konsert layihəsinə tamaşa edildi. Uğurlu layihəsindən ağızdolusu danışan aşıq sənətçi bundan sonra da bu cür layihələrə imza atacağını diqqətə çatdırdı.
Ayxan