31 Avqust 2022 15:50
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhətindəki son vəziyyət haqqında danışıb.

Teleqraf.com-a açıqlamasında o, iki fərqli kimyaterapiya qəbul etməyə başladığını deyib:

"Həftəlik və 21 gündən bir fərqli iki kimyaterapiya qəbul edirəm. Biri ağır kimyaterapiyadır. Yeni dərman alıb, özüm xahiş etmişəm, vururlar. Maddi olaraq çatdırmağa çalışıram, buna da şükür. 21 gündən bir qəbul etdiyim kimyaterapiya altı həftə olacaq. Bahalı dərmandır. Düzdür, hazırda məhərrəmlik ayıdır, xınayaxdı mərasimlərinə getmirəm, amma çağırmırlar da. Çağırsalar gedərəm, xınayaxdı biznesini çoxdan bağlamışam".

Əməkdar artist televiziya mövsümündə yeni serial ilə tamaşaçı qarşısına çıxacağını da açıqlayıb: "ARB-də Dilarə Əliyevanın başlığı ilə yeni serial başlayacaq. Aparıcısı olduğum "Söhbət var" verilişi isə davam edəcək. İkisinə gücüm güclə çatır".

Qeyd edək ki, xəstəlik aktrisanın qara ciyərə yayılıb. Ağ ciyər və sümüklərdə isə qalıb. Aktrisa Milli Ankologiya Mərkəzində müalicə alır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər