Aparıcı Nərgiz Məmmədova Azad Azərbaycan televiziyasında yayımalanan "Qız atası" serialından ayrılıb.
Teleqraf.com-un xəbərinə görə, Nərgiz Məmmədova bu haqda İnstaqram hesabında məlumat verib:
"Əziz kollektivim, nə az, nə çox düz səkkiz il sizinlə çalışdım, çəkişə-çəkişə, bərkişə-bərkişə bir ailə olduq. Nə yaxşı ki, sizi tanıdım. Bu kollektivi bir araya gətirən isə Elməddin Cəfərov oldu. O bizə müdir yox, sözün əsl mənasında dost oldu. Hər birinizin yeri ürəyimdə başqadır. Nə yaxşı ki, sizi tanıdım. Böyük sevgi, hömətlə sizdən ayrılıram. Sizə bol-bol uğurlar arzu edirəm. Səbinə rolunu isə yeni sezondan həmkarım Rəqsanə İmir təqdim edəcək".