Müğənni Şəbnəm Tovuzlu prodüser Tarix Əliyevin yutubda yayımlanan "Səmimi" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu şəxsi həyatda xoşbəxt olmadığını deyən həmkarı Nüşabə Musayevanın cavabını verib: "Nüşabə çox yaxşı bilir ki, xoşbəxtəm, ya xoşbəxt deyiləm. Mən evimə, həyat yoldaşıma, övladlarıma sevgimi göstəri üçün etmirəm. "Xoş halına", "bəxtəvər", "bəxtəvər necə qazanır?" sözündən çox qorxuram. Ailəmdə məni sevən bir bəy varsa, balalarım ətrafımdadırsa, az-çox ruzim çıxırsa, həmişə şükür edən insan olmuşam".
Şəbnəm Tovuzlu həyat yoldaşının qadağasından da danışıb: "O deyir ki, salam verdiyin insana bax və bu evə heç kim gəlməsin. Son illər çəkilişi də qoymadı. Xarakteri belədir. Bəzən deyirlər ki, niyə görünmür? Hər şeyin vaxtı, zamanı var. Bəlkə bir-iki ildən sonra elə bir şəkildə qarşınıza çıxacağıq ki, özünüz məəttəl qalacaqsınız? Sənətlə bağlı heç bir işimə qarışmır, sadəcə mahnılarıma baxar, müdaxilə edər.
Nüşabənin açıqlaması ilə bağlı onunla danışdı və dedi ki, ayıbdır. Sənət dostlarımın mənə nəsə deməsinə qarışmır, amma kimsə həddini aşarsa, o insana cavab verməyi çox gözəl bilir".
Şəbnəm Tovuzlu müğənni Vəfa Şərifovanın həyat yoldaşının onun keçmiş sevgilisi olması haqda yayılan iddialara cavab verib:
"Vəfa xanımın həyat yoldaşı başqa insandır, həyat yoldaşım tam başqa insandır. Bunu səhv salmayın. Yazırlar ki, səni atıb, Vəfaya getdi? Məni gülmək tutur. Belə bir şey yoxdur. Onlar ayrı-ayrı insanlardır".