Fotoqraf Fuad İsmayılov və bir müddətdir ondan ayrılan bloqer Asya Aslanova bir-birini sosial şəbəkədə ittiham ediblər.
Teleqraf.com xəbər verir ki, Asya Aslanova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Mədəniyyətimi qorumağa çalışdım, qoruyacam da. Ən azından iki oğluma görə. Sona qədər necə güclü və iradəli olduğumu lazım olan hər kəsə göstərəcəm. Qarşıda olan məhkəmələrə var gücümlə hazıram. İnşallah, qanumlarımız da ədalətli olar. İzləyicilərimlə belə şeyləri bölüşdüyüm üçün utanıram. Tək əlacım siz, sizin dəstəyiniz idi. Bir daha belə iyrəncləşməmək ümidi ilə...".
Fuad İsmayılov isə İnstaqramda hekayə bölümündə ad çəkmədən Asyanın ünvanına bu sözləri yazıb: “Bu günə qədər susmuşam və görürəm ki, bir nəfərin ayağı yer alıb. Özün də bilirsən ki, bəzi şeylər var, paylaşsam, gərək ölkədən köçəsən. Mənim də bir səbrim var. Bu dörd ayda ananla birləşib, mənə qarşı etmədiyin şeylər qalmadı. Birinə də olsun cavab vermədim. Dedim qadındırlar və uşaqlarımın anasıdır. Amma bu dəfə səni məhv edərəm. Etdiyin səhvlərin üstünü açaram, adam içinə çıxa bilməzsən.
Aprelin 24-də hesabın parolunu dəyişdi, məni atdı, indi də orada “ataman”lıq edir. Səhifənin hesabına maşın alıb, rəfiqəsinin adına yazdırıb ki, məhkəmədə adı çəkilməsin. Sonra da haqq-ədalətdən və düzgün mülk bölgüsündən danışır".
Qeyd edək ki, Fuad və Asyanın iki övladı var.