Tanınmış fotoqraf Fuad İsmayılovdan boşanan bloqer Asya Aslanova haqqında dolaşan şayiələrə son qoyub.
Teleqraf.com xəbər verir ki, İnstaqramda bir qadın izləyicinin Asya Aslanovanın restoranda bir nəfərlə görüşdüyü barədə Fuad İsmayılova ünvanladığı mesaja cavab verib:
"Qarşı tərəfə yazılan iyrənc mesaj... Çəkinmədən də paylaşıram. Mən istədiyim yerdə istədiyim adamla oturaram, istəyərəm dərdləşərəm. Bunu da dəfələrlə hekayə bölümündə paylaşmışam. Mən əgər gizlənəcəmsə, niyə hamının oturduğu yerdə oturum.
Belədi, qadın ayrılırsa, günah qadındadı. Bu mesajı yazan qadının yerinə hamımız utandıq. İstinasız "kişi gəzər" deyən hər kəsə sevdiyi adam tərəfindən dəfələrlə xəyanət olunmasını arzu edirəm".
Asya Aslanova Fuad İsmayılovun nişanlısından ayrılaraq onunla evlənməsi haqda yayılan xəbərlərə də reaksiya göstərib: "Gah dedilər ki, Asya nişanlısından Fuada görə ayrılıb. Gah dedilər Fuad nişanlı olub. Mən kimisə kiminsə əlindən almışdımsa, nişanlısı ortaya çıxsın. Sizin fantaziyalarınız məni öldürəcək. Sözlərimin tükəndiyi nöqtədəyəm. Nişanlısını ortalığa çıxarın, Fuad da görsün".
Qeyd edək ki, cütlüyün iki övladı var.