Müğənni Zamiq Hüseynov Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, pop ulduz pərəstişkarları ilə hit mahnılarını səsləndirib.
"Özü bilər" dueti ilə konsertinə giriş edən Zamiq Hüseynov gecəni "Azərbaycan" nəğməsi ilə yekunlaşdırıb.
Qeyd edək ki, Zamiq Hüseynovun 10 noyabr tarixində Gəncə şəhərində solo konserti gözlənilir.