8 Sentyabr 2022 14:19
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Ülviyyə Xəlilbəyova həyat yoldaşı, aktyor Murad İsmayılovdan ayrılması xəbərlərinə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, İnstaqramın hekayə bölümündə sosial şəbəkə izləyicisinin "Bəlkə də gündəmdə qalmaq üçün həyat yoldaşınızla oyunlar qurursuz" sualını o, lağlağı tərzdə "Mən bunu gizlədirdim axı, necə bildiniz?", - deyə cavablandırıb.

"Bəllidir ki, həyat yoldaşınızla probleminiz var. Amma izləyicilər bundan bezib" sualına isə aktrisanın cavabı belə olub: "Mənim problemim varsa, siz niyə bezmisiniz?"

Qeyd edək ki, cütlüyün iki övladı var. Onlar son günlər boşanma xəbərləri ilə gündəmdədirlər.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər