10 Sentyabr 2022 17:20
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov "O kimdir" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Alim Qasımov həyat yoldaşı Tamilla Qasımova ilə ailə qurması ilə bağlı bəhs edib:

"Onun qəlbini fəth etməmişəm, oğurlamışam. Biz səkkizinci sinifə qədər bir yerdə oxumuşuq. O, savadlı idi, 4-5 alırdı, mən isə 2-3 alırdım. O buna görə mənə yuxarıdan aşağı baxırdı. Bir gün dedim ki, necə ola bilər mənə baxmır?

Onu ovlayacam. Bekarçılıqdan xalqın qızını götürdüm qaçdım. Qardaşları məni görsəydilər öldürəcəkdilər. Onu qaçıranda 20 yaşım heç tamam deyildi. Ailədə dedilər ki, bakılıdırlar, müasirdirlər, imkanları bizdən yaxşıdır. Onlar kim, biz kim...Ailəmə söz verdim və axşam qızı qaçırtdım.
İllər ötdükcə gördüm ki, bu, nə mənim, nə onun işidir. Allahın qismətiymiş ki, biz həyatı qoşa davam etməliyik". Ailədə elə davranıram ki, sanki yoxam. Ailə üzvlərimlə dostam".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər