Rəqqasə-aktrisa Oksana Rəsulova qadınları qısqandırmağa çalışan kişiləri tənqid edib.
Teleqraf.com xəbər verir ki, Oksana Rəsulova İnstaqramda bu sözləri yazıb: "Güclü qadını qısqandırmaq çox çətin məsələdi. Kişilərin sevimli bəndi burada qəti şəkildə keçərli deyil. Güclü qadını ələ almaq üçün "Bir bax gör məni sevən nə qədər qadın var" dəlili gətirmək istəyən kişi gülünc görünə və tamamilə hörmətdən düşə bilər. Güclü qadın o qədər gözəl olmasa da özündən əmindir. Dəyərini bilir, layiq olduğunu gözləməkdə haqlıdır. Onu qısqandırmağa çalışan kişinin həqiqətən ona layiq olduğunda şübhələri yarana bilər".
Qeyd edək ki, Oksana Rəsulova yaxın günlərdə aparıcı Şəhriyar Əbilovdan boşanıb.