Türkiyənin məşhur aktrisası Beren Saat və Kıvanç Tatlıtuğ "Netflix" platformasında yayımlanacaq filmin çəkilişləri üçün Amerikaya yollanıblar.
Teleqraf.com xəbər verir ki, Beren Saat və Kıvanç Tatlıtuğun fotoları İnstaqramda "Netflix Türkiye" səhifəsində paylaşılaraq "Nyu-York küçələrində Beren Saat və Kıvanç Tatlıtuğ"-,deyə vurğulanıb.
Qeyd edək ki, hər iki məşhur “Aşk-ı Memnu”dan sonra ilk dəfə bir araya gəliblər.